Milli Qəhrəman Topçu İskəndərin yubileyi qeyd edildi - FOTO

Milli Qəhrəman Topçu İskəndərin yubileyi qeyd edildi - FOTO

Hazırda oxunan: Milli Qəhrəman Topçu İskəndərin yubileyi qeyd edildi - FOTO

33281

Azərbaycanın Milli Qəhrəmanı İskəndər Söhrab oğlu Aznaurovun 65 illik yubileyi vaxtilə xidmət etdiyi hərbi hissədə qeyd edilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, İskəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistan Respublikasının Buxara vilayətinin Qala-Asiya kəndində bir axısqa türkünün ailəsində doğulub.

1989-cu ildə Özbəkistanın Fərqanə vilayətində baş verən qanlı olaylardan sonra minlərlə axısqa türkü kimi Aznaurovlar ailəsi də oranı məcburi tərk edərək Azərbaycana pənah gətiriblər.

Azərbaycan isə 1953-cü ildə - Stalinin ölümündən sonrakı illərdə olduğu kimi, 1990-cı illərdə də minlərlə axısqa türkünə, eləcə də Aznaurovlar ailəsinə qucaq açıb, qanı bir, dini bir, dili bir türk qardaşlarımızı doğmaları kimi qarşılayıb.

Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşan İskəndər Aznaurov, üç körpə qızını həyat yoldaşına əmanət edərək 1992-ci ilin aprelində Milli Ordunun sıralarına daxil olub.

1992-ci ilin yazında Ermənistan-Azərbaycan dövlət sərhədinin Gədəbəy rayonu istiqamətində də vəziyyət son dərəcə gərgin idi. Topçu İskəndərin bölgəyə gəlişi ilə düşmənə daha sarsıdıcı zərbələr vurulur, onların səngərdən başlarını qaldırmasına belə imkan verilmirdi.

İ.Aznaurov 1993-cü il aprelin 18-də “Örükdaş” zirvəsində ermənilərin 13 texnikasına qarşı 3 növ hərbi texnika ilə vuruşurdu. Heç kimin xəyalına da gəlməzdik ki, bu, İskəndər Söhrab oğlunun yağılarla son döyüşü olacaqdır.

Ölümündən sonra topçu İskəndərin adı dillərdə dastan olur. Şairlər onun qəhrəmanlıqlarını tərənnüm edir, Gədəbəy aşıqları ölməz döyüşçünün şəninə nəğmələr qoşurlar.

Milli Qəhrəman İskəndər Aznaurovun büstü qarşısında keçirilən yubiley mərasimindən sonra “İskəndər qalası”nın müdafiəçiləri ilə görüş olub, “Alınmaz qalanın qəhrəmanları”, “İskəndərin sorağında” adlı sənədli-bədii filmlər nümayiş etdirilib, hərbiçilərə və qonaqlara Axısqa Türklərinin “Vətən” ictimai birliyinin dərgiləri təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO