Azərbaycanda müxtəlif sahələr üzrə maaşlar AÇIQLANDI - FOTO

Azərbaycanda müxtəlif sahələr üzrə maaşlar AÇIQLANDI - FOTO

Hazırda oxunan: Azərbaycanda müxtəlif sahələr üzrə maaşlar AÇIQLANDI - FOTO

33256

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqların həcmləri açıqlanıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 724,4 manat təşkil edib.

Müvafiq dövr ərzində dövlət müəssisələrində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 639,5 manat, özəl müəssisələrdə isə 827 manat olub.
 

Dövlət müəssisələrində əməkhaqqı ötən ayla müqayisədə 0,6 faiz, illik müqayisədə isə 2 faiz artıb. Özəl müəssisələrdə isə əməkhaqqı aylıq müqayisədə 0,6 faiz, illik müqayisədə isə 1,5 faiz azalıb.


Azərbaycanda neft-qaz sektorunda əməkhaqqı 3 230,7 manat olub ki, bu da əvvəlki aya nəzərən 0,5 faiz çox, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 9,5 faiz azdır. Qeyri neft-qaz sektorunda isə əməkhaqqı 673,1 manatı təşkil edib, bu da aylıq müqayisədə 0,1 faiz, illik müqayisədə isə 2,3 faiz çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO