Yol polisi Samuxda reyd keçirdi - FOTO

Yol polisi Samuxda reyd keçirdi - FOTO

Hazırda oxunan: Yol polisi Samuxda reyd keçirdi - FOTO

32971

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, gələcəkdə baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə profilaktiki tədbirləri davam etdirirlər.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu sürücülər CƏRİMƏLƏNDİ


Bildirilib ki, reyd zamanı təhlükəsizlik və işıq ciahzlarından istifadə etməyən, sürücülük hüququ olmadan və ya sərxoş halda nəqliyyat vasitələrini idarə edən və digər qayda pozuntularına yol verən sürücülər aşkar edilib.

Polis əməkdaşları həmin sürücülər ilə profilaktiki söhbətlər apararaq, onlara yol hərəkəti qaydalarının tələblərini xatırladıb.

Bildirilib ki, bu qaydalara riayət edilməsi həm sürücülərin həm də digər hərəkət iştirakçılan təhlükəsizliyi üçün vacibdir. Aparılan araşdırmalar nəticəsində qeyd edilən faktlar üzrə 14 sürücü barəsində inzibati protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO