Kirayə yaşadıqları evdən 10 kq narkotik tapıldı - Foto

Kirayə yaşadıqları evdən 10 kq narkotik tapıldı - Foto

Hazırda oxunan: Kirayə yaşadıqları evdən 10 kq narkotik tapıldı - Foto

32871

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri - Elvin Həsənov və əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə dəfələrlə məhkum olunmuş Vüsal Albuşov saxlanılıb. Sonuncunun Göyəm kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman oradan 10 kiloqramdan artıq marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Uşaqlıq dostları olan saxlanılan şəxslər ifadələrində həmin narkotik vasitəni də bir müddət əvvəl becərdikləri çətənə kollarından yığdıqlarını və qurutmaq üçün kirayədə yaşadıqları evdə sərdiklərini bildiriblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, V.Albuşov və E.Həsənovun ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO