Ordumuzun hava hücumundan müdafiə bölmələrində TƏLİMLƏR - VİDEO

Ordumuzun hava hücumundan müdafiə bölmələrində TƏLİMLƏR - VİDEO

Hazırda oxunan: Ordumuzun hava hücumundan müdafiə bölmələrində TƏLİMLƏR - VİDEO

32652

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrində taktiki-xüsusi təlimlər keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, çətin dağlıq şəraitdə döyüş növbətçiliyi aparan zenitçilər bilik və bacarıqlarını praktiki atışlarda nümayiş etdirirlər.

Müasir ümumqoşun döyüşünün çevik dəyişən şəraiti bütün heyətdən zenit-artilleriya bölmələrinin manevr qabiliyyətinin yüksək olmasını tələb edir.

Bu məqsədlə bölmələrin qısa zamanda qurğulardan hava hədəfinə atəş açaraq məhv etməsi və çətin dağlıq şəraitdə yerdəyişməsi məşq etdirilir.

Təlimə cəlb olunan pilotsuz uçuş aparatlarının aşkar olunması, müşayiət və məhv edilməsi üzrə heyətlərin bacarıqları pilotsuz uçuş aparatlarının praktiki fəaliyyəti ilə yoxlanılır.

Qurğu heyətlərinin yerüstü hədəflərə praktiki atışları ilə təlimlər davam edir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO