ÜST XƏBƏRDARLIQ ETDİ: Coronavirusla bağlı qarşıdan iki ağır həftə gəlir

ÜST XƏBƏRDARLIQ ETDİ: Coronavirusla bağlı qarşıdan iki ağır həftə gəlir

Hazırda oxunan: ÜST XƏBƏRDARLIQ ETDİ: Coronavirusla bağlı qarşıdan iki ağır həftə gəlir

3249

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 58 milyonu keçib.

Yoluxmanın üç lider ölkəsi ABŞ, Hindistan və Braziliyadır.

Avropa ölkələri məhdudiyyətləri artırır, əhalinin etirazları isə sürətlə çoxalır.

Asiya ölkələrində isə hakim dairələr vəziyyəti nəzarətdə saxlamağa çalışırlar.

Bizim.Media Reutersə istinadən xəbər verir ki, ABŞ-da Şükran günündən başlayaraq əhali Milad bayram tətilləri marafonuna start verəcək.

Səlahiyyətli orqanların bütün xəbərdarlıqlarına baxmayaraq, amerikalılar tətillərini evlərində keçirmək niyyətində deyillər. New Yorkdakı COVID-19 diaqnostika mərkəzlərində maşın növbələri var, hamı tətilə nəticəni bilib getmək istəyir.

Artıq ölkədə 12 milyondan çox təsdiqlənmiş koronavirus hadisəsi var və bu, həddən artıq çox sayılır.

Polşa məktəbləri Miladdan əvvəl distant təhsilə keçəcəklər.

Türkiyədə isə artıq komendant saatı qüvvəyə minib

Danimarkada hökumətin istefasını tələb edən geniş miqyaslı nümayişər keçirilir. Traktorlarla bir neçə yüz fermer Kopenhagendəki baş meydanı zəbt ediblər.

Onlar hökumətdən COVİD şübhəsi altında öldürülən heyvanların hesabını istəyirlər.

İranda yeni məhdudiyyətlər ərəfəsindədir. 80 milyon insan hər gün hökumətdən sürpriz gözləyir. Artıq bütün mağazaların dekabrın 15-ə kimi bağlanması tələb olunub.

Yaponiya bölgə turizmini dayandırıb, daha ağır nəticələrin baş verməməsi üçün vətəndaşlardan aktivliyi azaltmağı xahiş ediblər.

Mütəxəssilərin fikrincə bizi qarşıda çox ağır iki həftə gözləyir. ÜST dünya ölkələrinə çağırış edərək, bütün ehtiyat tədbirlərini görməyi xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO