Qarabağın baş memarının statusu müəyyənləşdi

Qarabağın baş memarının statusu müəyyənləşdi

Hazırda oxunan: Qarabağın baş memarının statusu müəyyənləşdi

32400

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin fəaliyyətinə Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edəcək.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmanla təsdiqlənən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamədə əksini tapıb.

Baş İdarənin rəisi Baş İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyacaq.

Baş İdarə rəisinin Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və bir müavini olacaq.

Baş İdarə rəisinin birinci müavini vəzifəsinə görə Qarabağ regionunun baş memarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO