Avqustun 10-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 186 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, monitorinq 173 şadlıq sarayında, 13 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
MÖVZU İLƏ BAĞLI:
100 nəfər toya buraxılmadı
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 20 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1509 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Bizim.Media