“Türkiyədəki yanğınlarla bağlı şad xəbərlər eşidəcəyik” – Azərbaycanlı generaldan AÇIQLAMA

“Türkiyədəki yanğınlarla bağlı şad xəbərlər eşidəcəyik” – Azərbaycanlı generaldan AÇIQLAMA

Hazırda oxunan: “Türkiyədəki yanğınlarla bağlı şad xəbərlər eşidəcəyik” – Azərbaycanlı generaldan AÇIQLAMA

32120

“Artıq demək olar ki, yanğınlar nəzarət altındadır. Sabah yanğınlarla bağlı şad xəbərlər eşidəcəyik”.

Bizim.Media xəbər verir ki, bu sözləri Muğladakı böhran mərkəzində keçirilən müşavirədən sonra jurnalistlərə açıqlama verən Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Nazir müavini qeyd edib:

"Muğlada böhran mərkəzində keçirilən 3 saat yaxın müzakirə başa çatıb. Bu gün Köycəğiz və Bodrum ətrafında yanğınlar baş verib. Digər yanğınlar nəzarət altındadır. Artıq demək olar ki Köygəğizdəki yanğında demək olar ki nəzarət altına alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Etibar Mirzəyev: "Biz burada yeni qardaşlıq salnaməsi yazırıq"


General-leytinat avqustun 10-daolan son məlumatda bildirib ki, FHN-in 500 yaxın əməkdaşı Yeniköy, Kəmərköy, Köycəğiz və İlanlı dağında xidmət aparıblar.

Bu ərazidə 77 yaxın yanğınsöndürmə avtomobilləri xidməti işlər görüblər. Bizim əməkdaşlarımız Köycəğizdə yanğın ocağlarının soyudulması işləri görüblər. Təsadüfən İlan dağı məntəqəsində yanğın başlayıb.

Bizim orda 30-dan artıq avtomobilimiz və 150 nəfərə yaxın şəxsi heyətimiz var idi. Onların cəld müdaxiləsi nəticəsində yanğının böyük əraziyə yayılmasının qarşısı alınıb. Əgər yanğının sondürülməsində bir az yubanma olsaydı, bunun qarşısını almaq çox çətin olacaqdı".

E.Mirzəyev yanğının fəsadları barədə vurğulayıb: "Gördüyünüz bu böhran mərkəzində yanğının vurduğu fəsadların aradan qaldırılması ilə bağlıda müzakirələr aparılır. Burada kənd təsərrüfatına dəyən ziyan hesablanır. Muğla əsasən arıçılıq və maldarlıqla məşğul olurlar. Bu ərazidə həmçinin evlərə dəyən ziyanlarda hesablanacaq.

Bundan əlavə olaraq şəhərdə və rayonda olan rabitə və kommunikasiya xətlərinə dəyən ziyanlarda hesablanır"

Türkiyə xalqının qardaşlığından danışan nazir müavini deyib: "Hər birimizin gördüyü kimi bu şəhərlərdə və rayonlarda Azərbaycan yanğınsöndürənlərinə gözəl münasibət olub. Bu bizim üçün həmçinin bir təcrübə oldu. Biz daim Türkiyənin yanındayıq. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO