2021-ci ilin iyulunda Azərbaycanın axtarış sistemi bazarında 92,54 faiz paya sahib olan "Google" ölkədə ən populyar axtarış sistemi kimi qalmaqda davam edib.
Bizim.Media bildirir ki, Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadla məlumat verir.
İyun ayı ilə müqayisədə "Google" axtarış sisteminin payı 1,09 faiz azalıb.
Hesabat dövründə "Yandeks" axtarış sisteminin payı 4,01 faiz artaraq 6,03 faiz təşkil edib.
"Bing" axtarış sisteminin payı 0,56, "Yahoo"nun payı isə 0,44 faizə bərabər olub.
Azərbaycanın axtarış sistemi bazarında 0,43 faiz digər axtarış sistemlərinin payına düşüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:46 / 10.08.2021
Azərbaycanda ən populyar axtarış sisteminin adı açıqlandı
Hazırda oxunan: Azərbaycanda ən populyar axtarış sisteminin adı açıqlandı
Hazırda oxunan: Azərbaycanda ən populyar axtarış sisteminin adı açıqlandı
32107
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.