Narkotacir 4 kiloqram narkotiklə tutuldu - ƏMƏLİYYAT DAVAM EDİR - FOTO

Narkotacir 4 kiloqram narkotiklə tutuldu - ƏMƏLİYYAT DAVAM EDİR - FOTO

Hazırda oxunan: Narkotacir 4 kiloqram narkotiklə tutuldu - ƏMƏLİYYAT DAVAM EDİR - FOTO

32043

Polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilib.

Onların məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar başlanılıb.

Bizim.Media xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri keçirilib.

Şəhər ərazisində narkobaron, əvvəllər məhkum olunmuş Rafael Davıdov tutularaq istintaqa təqdim olunub.

Onun üzərinə keçirilən baxış zamanı 4 kq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs izahatında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduğunu etiraf edib. Daha bir əməliyyat zamanı isə şəhər sakinləri Xəyal Hüseynov və Vasif Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onların üzərlərinə keçirilən baxış zamanı “patı” adlandırılan metamfetamin və narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə şəhər ərazisində müxtəlif ərazilərdə su sayğaclarını oğurlamaqda şübhəli bilinən, narkotik maddə aludəçisi Fikrət Nəcəfov saxlanılıb.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar.

Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və digər hüquq pozuntularının qarşısının alınması istiqamətində Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO