Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bizim.Media xəbər verir ki, 59 yaşlı Mənsim Qəhrəman oğlu Quliyev Gəndov kəndində gecə saatlarında idarə etdiyi "Opel"markalı avtomobillə Samur-Abşeron kanalına düşüb və həyatını itirib.
Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsünün meyitini su kanalından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Qəzanın hansı şəraitdə baş verməsi Şabran rayon polis şöbəsinin istintaq bölməsində araşdırılır.
Qeyd edək ki, Mənsim Quliyev rayonda özəl kənd təsərrüfatı müəssisəsində baş mühasib işləyib.
Aytəkin Alxaslı “Bizim.Media”
- A-
- A
- A+
Cəmiyyət
09:23 / 10.08.2021
Şabranda “Opel” Samur-Abşeron kanalına aşdı - Ölən var
Hazırda oxunan: Şabranda “Opel” Samur-Abşeron kanalına aşdı - Ölən var
Hazırda oxunan: Şabranda “Opel” Samur-Abşeron kanalına aşdı - Ölən var
31967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.