7 ayda yol qəzalarında 129 nəfər ÖLÜB – Yol Polisindən AÇIQLAMA

7 ayda yol qəzalarında 129 nəfər ÖLÜB – Yol Polisindən AÇIQLAMA

Hazırda oxunan: 7 ayda yol qəzalarında 129 nəfər ÖLÜB – Yol Polisindən AÇIQLAMA

31906

“2021-ci ilin əvvəlindən bu günədək Bakı şəhəri üzrə 234 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 81 nəfər dünyasını dəyişib, 205 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə, 11 hadisənin azalması hesabına 8 ölüm faktı azalıb, 13 xəsarət sayı aşağı düşüb”. 

Bu barədə məlumatı Bizim.Media-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstana avtobus marşurutları açılır? – PROTOKOL İMZALANDI


Onun sözlərinə görə hadisələr arasında piyadaların sayı 126 say təşkil edib. Nəticədə 48 nəfər dünyasını dəyişib, 83 nəfər isə müxtəlif cür xəsarət alıb:

“Hadisələr bütün göstəricilər üzrə azalıb. Bu isə Dövlət Yol Polisi əməkdaşlarının məqsədli, ardıcıl, profilaktiki tədbirlərin, aparılan təbliğatın, tətbiq edilən inzibati tənbeh tədbirlərinin, “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərin hesabınadır. Mövcud şəraitdə hərəkət iştirakçıları arasında nizam-intizamın yüksəldilməsi də o hadisələrin daha da aşağı düşməsinə səbəb olub.
 

Ölkəmizdə 1 milyon 400 mindən artıq nəqliyyat vasitəsi qeydə alınıb. Bunun 700 minə yaxını Bakı üzrə istismar edilir. Paytaxtın küçə və yollarının uzunluğu 2500 kilometrədək,  svetaforla tənzimlənən yol ayrıcının sayı 300-dən artıq, yol kəsişmələri 700-ə qədər, körpü, tunel və digər qovşaqları da nəzər alsaq, hərəkətlə bağlı vəziyyətin nə yerdə olduğunu təxmin etmək çətin deyil”.


Qurum rəsmisi əlavə edib ki, paytaxtda  avtomobillərin hərəkətlə bağlı intensivliyində təhlükənin olmadığı açıq-aşkar görünür:

“Dərs ilinin başlanması sözsüz ki, hərəkətlə bağlı intensivliyin yüksək olmasına ehtimal yaradır. Bu da zolaqlar üzrə avtomobillərin cərgələnməsinin, yol nişanlarının tələblərinə, dayanma-durma məsələlərinin düzgün yerinə yetirilməsinin və tənzimləyici texniki vasitələrin qaydalarına uyğun hərəkət etməyin nəticəsidir”. 

Qeyd edək ki, Bizim.Media yol hərəkəti təhlükəsizliyinin təbliğat işinin gücləndirilməsi ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə əməkdaşlığa start verib.

Məqsəd “Yol hərəkəti haqqında” qanunun təbliğatının səmərəli təşkili, yol hərəkətində nizam-intizamın yüksəldilməsi, eləcə də hərəkət iştirakçıları arasında yol mədəniyyəti və davranışının formalaşmasına xidmət etməkdir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO