Sürücülər gömrük əməkdaşlarını aldatmaq istədilər, amma... 

Sürücülər gömrük əməkdaşlarını aldatmaq istədilər, amma... 

Hazırda oxunan: Sürücülər gömrük əməkdaşlarını aldatmaq istədilər, amma... 

31863

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda ölkəmizə gələn 10 ədəd "Mercedez Benz" markalı yük avtomobili saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.

Bizim.Media DGK-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, sorğu-sual zamanı sürücülər nəqliyyat vasitəsində, üzərində gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildiriblər.

Yoxlama zamanı isə nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 19 920 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.

Həmçinin, "Qırmızı Körpü"də ölkəmizə gələn "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü sifahi sorğu-sual olunub. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı isə avtomobilin salonunda, yataq yerinin yanındakı divar içliyində və dartıcının yan ciblərində gömrük nəzarətindən gizlədilən 260 ədəd dərman preparatı aşkar edilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO