Polis postunda saxlanılan avtomobildə axtarış aparıldı

Polis postunda saxlanılan avtomobildə axtarış aparıldı

Hazırda oxunan: Polis postunda saxlanılan avtomobildə axtarış aparıldı

31854

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat həyata keçirilib.

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, Polis Bölməsinin daxil olmuş əməliyyat məlumatı əsasında Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının stasionar postunun əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat zamanı Cəlilabad rayon sakini Adıgözəl Quliyev saxlanılıb.

Onun idarə etdiyi “Vaz 2107” markalı avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin solunundan 80 qram heroin aşkar olunaraq götürülüb.

Adıgözəl Quliyev ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini və Bakı şəhərinə apardığını bildirib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO