Təyyarədəki həyəcanlı görüntülərlə bağlı AZAL-dan RƏSMİ AÇIQLAMA

Təyyarədəki həyəcanlı görüntülərlə bağlı AZAL-dan RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Təyyarədəki həyəcanlı görüntülərlə bağlı AZAL-dan RƏSMİ AÇIQLAMA

31692

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti Türkiyədən Azərbaycana uçan təyyarənin göyərtəsində yaşanan dəhşətli görüntülərlə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, “Azərbaycan Hava Yolları”nın İstanbuldan Bakıya yola düşən (J2-176 reysi) A320 təyyarəsi Türkiyə səmasında güclü hava boşluğu zonasına düşüb.

Təyyarə yerli vaxt ilə saat 19:45-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədən Azərbaycana gələn təyyarədə dəhşətli anlar – VİDEO 


Uçuş zamanı sərnişinlərdən heç biri xəsarət almayıb. Aviaşirkət yaranmış narahatlığa görə sözügedən reysin sərnişinlərinə öz üzrxahlığını bildirir.

Qeyd edək ki, uçuş zamanı turbulentlik normal haldır və hava gəmiləri üçün təhlükə törətmir.

Belə təbii hadisə zamanı ciddi xəsarət almamaq üçün AZAL aviaşirkəti sərnişinlərə uçuş boyu kəmərləri bağlı saxlamağı, təşvişə düşməməyi və ekipajın tələblərinə əməl etməyi tövsiyə edir.

Xatırladaq ki, avqustun 7-də Türkiyədən Azərbaycana səfər edən təyyarənin göyərtəsində dəhşətli anlar yaşanıb. 

Sosial şəbəkələrə yayılan görüntülərdə hadisənin sərnişinlər yemək yeyərkən baş verdiyi görülüb. 

Lakin təyyarə sonda uğurlu eniş etməyə nail olub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO