BP-dəki azərbaycanlıların sayı açıqlandı

BP-dəki azərbaycanlıların sayı açıqlandı

Hazırda oxunan: BP-dəki azərbaycanlıların sayı açıqlandı

31626

Birinci yarımilin sonunda BP şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2344 nəfər təşkil edib.

“BP Azerbaijan” şirkətindən Bizim.Media-ya bildirilib ki, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək”, - deyə məlumatda qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO