Laçın rayonunda hərbçilər üçün çörək zavodu fəaliyyətə başladı – VİDEO-FOTO

Laçın rayonunda hərbçilər üçün çörək zavodu fəaliyyətə başladı – VİDEO-FOTO

Hazırda oxunan: Laçın rayonunda hərbçilər üçün çörək zavodu fəaliyyətə başladı – VİDEO-FOTO

31622

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş bölgələrə Müdafiə Nazirliyinin rəhbər heyətinin səfəri davam edir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirliyin rəhbərliyi Kəlbəcər rayonu ərazisində tikilməkdə olan çörək sexinə baxış keçirib və aparılan tikinti işləri ilə maraqlanıb, inşaatın daha da keyfiyyətli aparılması üçün müvafiq tapırıqlar verilib.

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov Laçın rayonu ərazisində yerləşən çörək zavodunda olub.

Nazirə məruzə edilib ki, ərazidə dislokasiya olunan bütün hərbi hissələrin şəxsi heyətinin gündəlik isti çörək təminatı bu zavod tərəfindən həyata keçirilir.

Bildirilib ki, müasir avadanlıqlarla təchiz olunmuş çörək zavodunun fəaliyyəti tam avtomatlaşdırılıb. Bütün un məmulatları əl dəyilmədən və gigiyenik qaydalara əməl olunmaqla bişirilir.

Sonda müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO