Qubada avtomobil oğurlayan şəxs saxlanıldı – VİDEO-FOTO

Qubada avtomobil oğurlayan şəxs saxlanıldı – VİDEO-FOTO

Hazırda oxunan: Qubada avtomobil oğurlayan şəxs saxlanıldı – VİDEO-FOTO

31575

Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.   

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun Bizim.Media-ya bildirdiyinə görə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Quba şəhər sakini Əmrah Əmrahov rayonun Alekseyevka kənd sakininə məxsus “VAZ 2106” markalı avtomobili əvvəlcə qaçırıb, daha sonra isə qəza törədərək hadisə yerindən yayınıb.  

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar Quba RPŞ tərəfindən aparılır.

Aytəkin Alxaslı, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO