“Şuşaya səfər etdiyim üçün çox xoşbəxtəm” - Maykl Ceksonun vokalçısı - FOTO

“Şuşaya səfər etdiyim üçün çox xoşbəxtəm” - Maykl Ceksonun vokalçısı - FOTO

Hazırda oxunan: “Şuşaya səfər etdiyim üçün çox xoşbəxtəm” - Maykl Ceksonun vokalçısı - FOTO

31548

Hazırda vətənim ABŞ-dan uzaqdayam. Bu gün Azərbaycanda, Şuşada olmaqdan çox xoşbəxtəm.

Bizim.Media xəbər verir ki, bu fikirləri dünya şöhrətli musiqiçi, Maykl Ceksonun və Uitni Hyustonun vokalçısı olmuş Della Miles Şuşaya səfəri zamanı deyib.

Dünya şöhrətli müğənni bildirib ki, tarixi öyrəndikcə və dərinliyinə vardıqca, gələcəyin inkişaf istiqamətini müəyyən etmək mümkündür.

Della Miles, həmçinin Azərbaycanın, xüsusilə də Qarabağın muğam beşiyi olmasına münasibət bildirib:

“Bir musiqiçi kimi muğam sənətinin texniki cəhətdən çox ustalıq tələb etdiyini bilirəm. Bu çətin işin öhdəsindən asanlıqla gələn Azərbaycanın muğam ifaçılarını görəndə valeh oluram. Muğam sənətinə və onun mahir ifaçılarına böyük hörmətim var. Burada bir daha əmin oldum ki, Şuşa mədəniyyətin, musiqinin beşiyidir”.

O, ölkəmizə səfəri çərçivəsində azərbaycanlı xanəndə və piano ifaçısı, Əməkdar artist Qoçaq Əsgərovla birgə layihə üzərində işlədiklərini də diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO