ANAMA-dan XƏBƏRDARLIQ: “Azad edilən ərazilərə icazəsiz getməyin!”

ANAMA-dan XƏBƏRDARLIQ: “Azad edilən ərazilərə icazəsiz getməyin!”

Hazırda oxunan: ANAMA-dan XƏBƏRDARLIQ: “Azad edilən ərazilərə icazəsiz getməyin!”

31448

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşları işğaldan azad edilmiş ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırıb.

Agentlikdən Bizim.Media-ya verilən məlumatda qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək vətəndaşlarımızı həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq.

Qeyd edək ki, bu gün ANAMA-nın əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Nəticədə, Əliyev Fərid Əlimusa oğlu partlayış zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində ciddi bədən xəsarətləri almayıb. Hal-hazırda tibbi müayindən keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO