Baş prokuror Prezidentin tapşırığı ilə Naxçıvana getdi - FOTO

Baş prokuror Prezidentin tapşırığı ilə Naxçıvana getdi - FOTO

Hazırda oxunan: Baş prokuror Prezidentin tapşırığı ilə Naxçıvana getdi - FOTO

31354

Prezident İlham Əliyevin tapşırığına əsasən avqustun 5-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işguzar səfər edib.

Baş Prokurorluqdan Bizim.Media-ya  verilən məlumata görə, nümayəndə heyəti ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Daha sonra səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev Muzeyini ziyarət edərək onlara muzey barədə ətraflı məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Kamran Əliyevin ETİRAFI: “Biz tamamilə başqa hadisə ilə qarşılaşmışıq”


Qonaqlar muzeydə nümayiş etdirilən zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri ilə bağlı eksponatlarla tanış olublar. Baş prokurorun rəhbərlik etdiyi heyət həmçinin Ulu öndərin adını daşıyan tam orta məktəb və Hərbi Liseydə də olublar.

Bundan sonra Bəhruz Kəngərli muzeyini ziyarət etmiş qonaqlara Azərbaycan rəssamlıq sənətinin ən görkəmli nümunələrindən olan əsərlər barədə ətraflı məlumat verilib.

Səfərin gedişatı barədə ictimaiyyətə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO