Bir neçə ay əvvəl Anspress-ə baş redaktor təyin olunan Ulvira Qarayeva işdən qovulub.
İki gün əvvəl ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev iclas keçirib. İclasda işçilərə əsəbiləşən V. Mustafayev Anspress-ə bir neçə ay əvvəl baş redaktor təyin olunan baş redaktor Ulvira Qarayevanı işdən qovub.
ANS prezidenti həmçinin televiziya əməkdaşlarını da sərt tənqid edib. Onun aparıcı və bir neçə gün əvvəl jurnalistlərə tikilən binada mənzil alan Qənirə Ataşovanın ünvanına sərt ifadələr işlətdiyi bildirilir. ANS rəhbərinin aparıcıya “satqın” dediyi də vurğulanır.
Qeyd edək ki, Anspress-ə hələ ki, ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov nəzarət edir.

- A-
- A
- A+
Cəmiyyət
12:38 / 25.07.2013
Ülvira ANS-dən qovuldu
Hazırda oxunan: Ülvira ANS-dən qovuldu
Hazırda oxunan: Ülvira ANS-dən qovuldu
31173
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































