Novxanı bələdiyyəsi vətəndaşlara “Cip” almağı tövsiyyə edir

Novxanı bələdiyyəsi vətəndaşlara “Cip” almağı tövsiyyə edir

Hazırda oxunan: Novxanı bələdiyyəsi vətəndaşlara “Cip” almağı tövsiyyə edir

30983

“Novxanı bələdiyyəsi kənd yollarının bərbad vəziyyətdə olmasından şikayətlənən vətəndaşlara “Cip” almağı tövsiyyə edir”.

Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, bələdiyyə bildirir ki, əgər hər bir ailə bir “Cip” alarsa, o zaman kənd ərazisindəki torpaq yolların asfaltlanmasına da ehtiyac qalmaz. Çünki “Cip”lərin altı hündür olduğu üçün onlar kələ-kötür yollarda hərəkət edə biləcək, vətəndaşları mənzil başına çatdıracaqlar. 

Mənbənin bildirdiyinə görə, kəndin bir çox hissəsindəki əsas yollar asfaltlanmayıb ki, bu da yağışlı günlərdə bu yollardan istifadə demək olar ki, mümkünsüz hala gəlir. Torpaq yollarda yaranan nəhəng su gölməçələri və palçıq nəinki piyadaların, hətta avtomobillərin də hərəkətində ciddi problemlər yaradır. Bələdiyyənin vətəndaşlara “Cip” almaqla bağlı ünvanladığı tövsiyyə isə bu yolların hələ uzun müddət asfalt üzünə həsrət qalacağından xəbər verir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO