AZAL-dan Naxçıvana uçan təyyarənin Zəngəzur üzərindən keçməsi ilə bağlı - RƏSMİ AÇIQLAMA

AZAL-dan Naxçıvana uçan təyyarənin Zəngəzur üzərindən keçməsi ilə bağlı - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: AZAL-dan Naxçıvana uçan təyyarənin Zəngəzur üzərindən keçməsi ilə bağlı - RƏSMİ AÇIQLAMA

30835

“Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Bakı-Naxçıvan istiqamətində uçuş zamanı Zəngəzur üzərindəki hava məkanından istifadə olunması barədə yanlış məlumat yayılıb”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənski bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

"Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarıldı


O, bildirib ki, bu cür təsdiqlənməmiş məlumatları KİV-də yaymaq yolverilməzdir.

“Azərbaycan Hava Yolları” rəsmi olaraq məlumat verir ki, Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil və aviaşirkətlər tərəfindən istifadə olunmur.  AZAL kütləvi informasiya vasitələrini təsdiqlənməmiş informasiyaya etibar etməməyə və yalnız rəsmi mənbələrə müraciət etməyə çağırır”.

Sonda Paşa Kəsəmənski fikirlərini belə tamamlayıb: 

“Azərbaycan Hava Yolları” bu təxribatçı hərəkətlərin, yəni qəsdən yalan məlumatların yayılmasının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır”

Qeyd edək ki, bir sıra mətbuat orqanları Bakıdan Naxçıvana uçan təyyarənin Zəngəzur üzərindən keçərək eniş etdiyini yazıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO