Talassofibiya dəniz qorxusudur. Belə insanlar hər hansı bir əşyanın batması, gəmi qəzalarını görəndə iflic ola, panika keçirə bilərlər.
Bizim.Media xəbər verir ki, deypnofobiyadan əziyyət çəkənlər xörəyi ancaq evdə, televizor arxasında yeməlidirlər. Çünki bu fobiya yemək və nahar ətrafında söhbətləşməkdən qorxmaqla əlaqədardır.
Ən gülməli və çətin anlaşılan qorxu növü hippopotomonstroseskvipedaliafobiyadır. Bundan əziyyət çəkən insanlar uzun sözlərdən qorxurlar.
Pendir qorxusu isə turofobiya adlanır.
Göbək qorxusundan əziyyət çəkənlər də var ki, onların problemi omfolafobiya adlanır.
Nomofobiya isə mobil şəbəkəsiz qalmaq qorxusudur.
Papafobiya da mövcuddur ki, bu insanlar Roma papasından ehtiyat edirlər.
Təsəvvür edin ki, metrofobiyadan əziyyət çəkənlər də var. Amma onların qorxusu metro deyil, poeziyadır.
Poqonofobiyanız varsa, dindar məclislərindən, daha doğrusu, saqqallılardan uzaq durun. Çünki bu fobiya saqqal qorxusudur.
Qenufobiya sindromlular isti fəsilləri, hətta çimməyi, ümumən şalvar soyunmağı sevmirlər. Diz qorxusu da varmış.
Laxanafobiya tərəvəz, qeniafobiya çənə qorxusudur. Zelofobiya qısqanclıq qorxusudur ki, bu həm də sevdiyi insanı itirmıkdən ehtiyatlanmaqdır. Mikofobiya isə göbələk qorxusudur.
Bəs siz nədən qorxursunuz?
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:53 / 01.08.2021
Pendir qorxusu, poeziya, saqqal, HƏTTA GÖBƏK QORXUSU - ƏN QEYRİ-ADİ FOBİYALAR
Hazırda oxunan: Pendir qorxusu, poeziya, saqqal, HƏTTA GÖBƏK QORXUSU - ƏN QEYRİ-ADİ FOBİYALAR
Hazırda oxunan: Pendir qorxusu, poeziya, saqqal, HƏTTA GÖBƏK QORXUSU - ƏN QEYRİ-ADİ FOBİYALAR
30761
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.