Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində Alpout, Müsüslü, Məlikballı, Təzə Şilyan, Yuxarı Şilyan və Qaracallı kəndlərində yerləşən 8 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.
MÖVZU İLƏ BAĞLI:
Toylarda monitorinqlər: 741 nəfər şənliyə buraxılmadı
Bizim.Media xəbər verir ki, qayda pozuntularına yol vermiş ev sahibləri ilə mövcud qaydalar haqqında izahedici söhbətlər aparılıb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Xəbəri DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu yayıb.
Bizim.Media