Qarabağın işğalı zamanı kənd təsərrüfatına dəymiş zərər AÇIQLANDI - MƏBLƏĞ

Qarabağın işğalı zamanı kənd təsərrüfatına dəymiş zərər AÇIQLANDI - MƏBLƏĞ

Hazırda oxunan: Qarabağın işğalı zamanı kənd təsərrüfatına dəymiş zərər AÇIQLANDI - MƏBLƏĞ

30614

Qarabağın işğalı nəticəsində yalnız kənd təsərrüfatına dəyən toplam zərər 87.06 milyard dollardır. 

Bizim.Media xəbər verir ki, bu barədə Müstəqil İşçi Qrupunun ilkin hesablamalarında göstərilir.

İşçi Qrupu sintetik kontrol metodundan (Abedie, 2021) istifadə edərək, işğal altında olmuş rayonların hər birinə bənzər, işğaldan zərər görməmiş rayon seçilərək, onların tutuşdurulması və uyğunlaşdırılması əsasında itirilmiş dəyərin müqayisəli hesablamasını aparıb. 

İşğaldan zərər görmüş rayonla işğaldan zərər görməmiş rayonun işğaldan öncəki dövrünə (1985-1990) aid olan kənd təsərrüfatının müxtəlif sahələrini əks etdirən statistik göstəricilər bazasında həyata keçirilib.

Bu zaman sektorlar üzrə istehsal həcmi, məhsuldarlıq göstəriciləri bənzərlik meyarı kimi seçilib.

Ən uyğun oxşar rayonlar müəyyənləşdirilməklə, ekspertlər son 27 ildə işğalda qalan hər bir rayona dəymiş zərərin məbləğini seçilmiş rayonların orta statistik göstəricilərinə (istehsal həcminə) əsasən hesablayıb. Bu zaman qiymətlər 1990-ci il baza ili götürülərək indeksləndirilib.

Qiymətləndirilməyə görə, yalnız kənd təsərrüfatına dəyən toplam zərər 87.06 milyard dollar olub. 

Yaxın günlərdə 27 il işğal altında qalmış hər bir rayonda ümumi və sektorlar üzrə kənd təsərrüfatına dəymiş zərərin məbləğləri açıqlanacaq. 

Qeyd edək ki, Müstəqil İşçi Qrupu ABŞ-da, Almaniyada, Fransada, Macarıstanda, Türkiyədə, Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən müstəqil mütəxəssislərdən təşkil olunub. Qrup 2020-ci ilin dekabrında yaradılıb. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO