Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam veriləcək? - Milli Məclisə TƏQDİMAT göndərildi

Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam veriləcək? - Milli Məclisə TƏQDİMAT göndərildi

Hazırda oxunan: Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam veriləcək? - Milli Məclisə TƏQDİMAT göndərildi

30610

Baş Prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib.

Bizim.Media xəbər verir ki, təqdimat artıq Milli Məclisə daxil olub.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, təqdimata parlament onun daxil olduğu vaxtdan 7 gün müddətində baxmalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Deputat Eldəniz Səlimov polisi döydü - RƏSMİ


Qeyd edək ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Xatırladaq ki, deputatın toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO