“Teleqram”da YENİ FUNKSİYA

“Teleqram”da YENİ FUNKSİYA

Hazırda oxunan: “Teleqram”da YENİ FUNKSİYA

30596

“Teleqram”da yeni imkanlar yaradılıb.

Bizim.Media messencerin saytına istinadən xəbər verir ki, indi 30-a qədər iştirakçı videokonfrans rejimində eyni vaxtda video translyasiya edə bilər.

Bundan başqa, videokonfranslar 1 000-ə qədər izləyicini əhatə etməyə başlayıb - bunun sayəsində “teleqram” vasitəsilə mühazirələrin, konsertlərin və başqa kütləvi tədbirlərin yayımına baxmaq olar.

"Videomesajlar telefonunuzda lazımsız videoları saxlamadan ətrafınızda baş verənləri qısa zamanda dostlarınızla paylaşmağa imkan verir. Bu gündən etibarən təsvirin keyfiyyəti artırılıb - əgər alınan videomesajı tıklasanız, çat söhbəti tamamilə genişlənəcək", - məlumatda deyilir.

Bundan əlavə, kompüter üçün “teleqram” tətbiqində şəkil redaktoru yaradılıb: hər hansı şəkli və ya ekran görüntüsünü göndərməzdən əvvəl kəsə, çevirə, rəsm və ya stiker əlavə etmək olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO