Azərbaycan uçuş qaydalarını dəyişdi - Şərtlər açıqlandı - FOTO 

Azərbaycan uçuş qaydalarını dəyişdi - Şərtlər açıqlandı - FOTO 

Hazırda oxunan: Azərbaycan uçuş qaydalarını dəyişdi - Şərtlər açıqlandı - FOTO 

30531

Azərbaycana səfər etmək istəyənlər üçün yeni giriş qaydaları təqdim olunub.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Azər Qərib öz Facebook səhifəsində məlumat verib.

O, bildirib ki, Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya, İzrail, Macarısatn, Bəhreyn və Qətər dövlətlərinin vətəndaşları və rezidentləri artıq Azərbaycana hava yolu ilə gələ bilərlər. 

“Yəni samalyota minib təşrif buyurmaq imkanları var artıq. Bunun üçün 18 yaşdan yuxarı vətəndaşlar test arayışı ilə yanaşı, vaksinasiya arayışı da təqdim etməlidirlər. Özü də vaksinasiya arayışının elektron verifikasiyası olmalıdır (məsələn QR kod). Test arayışına belə verifikasiya zəruri deyil, amma QR kodu olsa hava limanında və sərhəddə daha tez keçmək olur prosedurları”.

Teleaparıcı bütün sənədlərin çıxış aeroportunda yoxlanılmasını da qeyd edib.

“Yəni xarici vətəndaş haradan uçursa, həmin hava limanında qeydiyat zamanı sənədlərə baxılacaq və qaydasında olmadığı təqdirdə vətəndaş uçuşa buraxılmayacaq”.

A.Qərib Azərbaycan vətəndaşlarının, onların yaxın qohumlarının həmçinin Azərbaycanda işləmək hüququna malik xarici vətəndaşların yalnız test arayışı ilə ölkəyə daxil ola biləcəkləri barədə də yazıb. 

Bundan əlavə o, paylaşımında digər qaydalara da nəzər cəlb edib:

“Azərbaycanı tərk edən sərnişinlərdən Azərbaycan tərəfi test arayışlarını tələb etmir. Lakin əgər getdiyiniz ölkə giriş üçün hansısa sənədləri tələb edirsə, o zaman bizim hava limanlarımızda həmin sənədlər yoxlanacaq. Əgər həmin ölkə heç bir test-kovidpasport filan tələb etmirsə, test vermədən Azərbaycanı tərk edə bilərsiniz. Əl baqajının qadağası götürülür, artıq köhnə qaydalarla özünüzlə salona 10 kq. qədər salon çantasını götürə bilərsiniz. Eyni zamanda, büdcəli aviaşirkətlərin (Buta, Wizz Air, Anadolu, Pegasus və s. ) salon baqajı ilə bağlı öz qaydaları ola bilər, nəzərə alın.

Hələlik bu qədər...

P.S. Məlumat rəsmidir”,- deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO