Qədir Xum müsəlman dünyası üçün siyasi düşmənçilikdir – İslam haqda HƏQİQƏTLƏR

Qədir Xum müsəlman dünyası üçün siyasi düşmənçilikdir – İslam haqda HƏQİQƏTLƏR

Hazırda oxunan: Qədir Xum müsəlman dünyası üçün siyasi düşmənçilikdir – İslam haqda HƏQİQƏTLƏR

30468

Müsəlman dünyası Qədir Xum bayramını qeyd edir. Bu bayram daha çox şiə məzhbəbinə məxsus ölkələrdə xüsusi təmtəraqla keçirilir.

Maraqlıdır, Qədir Xum bayramının keçirilməsi nə ilə bağlıdır, bu günün İslam dinində hansı yeri var və nə üçün sünnilər bunu qeyd etmirlər?
 

MÖVZU İLƏ BAĞLI:

Məhərrəm ayının daxil olacağı tarix AÇIQLANDI


Bizim.Media-ya bu barədə danışan ilahiyyatçı Tural İrfanın sözlərinə görə İslam dünyasında belə bir bayram qeyd edilmir və bu günü şiələr uydurub:

“İslamda yalnız Qurban və Ramazan bayramları var. Qədir Xum bayramının sonradan uydurulmasının siyasi əhəmiyyəti var. Bunu İran mollaları, siyasi şiəlik və hakimiyyətlər istifadə ediblər. Buveylilər hakimiyyəti dövründə bu adda şilərin bir dövləti olub. Necə ki, Osmanlılar əhli sünnə olan kimi, onlar da şiə məzhəbi dövrünə xas olublar. Görüblər ki, əhli-sünnə Qurban bayramı qeyd edir, siyasi rəqabətə görə Qədir-Xum adında bayram ortaya çıxarıblar”.

İlahiyyatçı ilkin tarixi və orijinal mənbələrə istinadən Qədir Xum rəvayətindən də danışıb:

“Peyğəmbər ölümünə yaxın vida həsri etmək üçün Həcc ziyarətinə getməkdən ötrü bütün səhabələrini yığıb. O, getməmiş nazirlərini müxtəlif şəhərlərə vergiləri yığmağa göndərib. Həzrəti Əlini isə Yəmənə göndərib. Ona da ismarıc göndərib ki, gəlsin Həccə gedirik. Həzrəti Əli yarımçıq Yəməndən Məkkəyə üz tutur. Həzrəti Əli öz adamlarına yığılan zəkat-xümsləri tapşırır ki, onlara toxunmayun və yükləyin gətirin. Onlar isə Həzrəti Əlinin olmamasından istifadə edərək üzük, geyim və digər əşyaları istifadə etməyə başlayırlar. Həzrəti Əli onları Məkkədə qarşılayanda əsəbiləşir. Ədalətliliyinə görə xalqın malıdır deyib onları tənqid edir.

Adamları Həzrəti Əlidən çox narazı qalırlar. Həcc ziyarəti bitir, qayıdanda Peyğəmbər narazılıqları hiss edir.

Məkkə və Mədinə arasında səhralıqda Qədir Xum deyilən ərazidə hündür bir tribuna düzəltdirir, çıxır əlini qaldırır və bildirir ki, camaat Əli mənim dostumdur, əzizimdir. Ona dost olun, düşmən olmayın. İndi İran hakimiyyəti bu olanları fırladırlar ki, guya Peyğəmbər Həzrəti Əlini özündən sonra İslam aləminə rəhbər və xəlifə təyin edib. Əbu Bəkr, Osman, Ömər və s. əhli sünnənin rəhbər bildiyi şəxslər Həzrəti Əlinin xilafətini onun əlindən aldılar. Onları söyməyə və lənətləməyə başlayırlar. Qədir Xum “bayramı”nın fəlsəfəsi ondan ibarətdir ki, Türk dünyasına düşmənçilik aşılasın. Azərbaycanda bu, tarixən olmayıb. Bunu Azərbaycana sırıyırlar ki, getdikcə Türkiyə ilə aramızda intriqanın bünövrəsi güclənsin və siyasi şiəlik qüvvətlənsin”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO