Flora Kərimovadan Kəramət Böyükçölə: “Ailəsini qorumayan

Flora Kərimovadan Kəramət Böyükçölə: “Ailəsini qorumayan "kişi"...”

Hazırda oxunan: Flora Kərimovadan Kəramət Böyükçölə: “Ailəsini qorumayan "kişi"...”

30459

Yazıçı jurnalist Kəramət Böyükçöl Xalq artisti Flora Kərimovanı Meydan TV-yə müsahibəsi zamanı "Daha müxalifətçiliyə yer qalmayıb" fikrinə görə lağa qoyub.

Bizim.Media xəbər verirb ki, ifaçı müsahibəsi zamanı “Daha müxalifətçiliyə yer qalmayıb. Çünki iqtidar millətimlə, şəhidlərin qanı ilə məni bir insan kimi ucaltdı.
 

MÖVZU İLƏ BAĞLI:

Kəramətdən müxalifətə və deputatlara SƏRT SÖZLƏR


Hamımızı xalq, millət kimi ucaltdı. Həmişə deyirəm ki, vətəni ürəklə sevib, ağılla qoruyarlar” fikirlərini səsləndirib.

Bu fikilər əvvəl müxalif düşərgəsində böyük rezonans doğurub. Belə ki, Arif Hacılı və AXCP sədri Əli Kərimli Xalq artistini tənqid edib.

Daha sonra isə tənqid edənlər sırasına Kəramət Böyükçöl də qoşulub.

"Sənətinə və şəxsiyyətinə hörmət elədiyimiz bir insan niyə belə sərsəm fikirlər səsləndirsin? Müxalifətçiliyə yer qalmayıb nədir? Müxalifətsiz ölkə olar? Bu cür fikirləri adətən balasının gedib müxalifətçilərə qoşulub şərlənib tutulmasından narahat olan evdar arvadlar deyir. Bəs bir xalq artisti, gözəl bir sənətkar niyə belə danışsın? Bəlkə yaşla bağlı olaraq başı xarab olub, ya tutub zorla dedizdiriblər? Bu qədər dözmüsən, bir az da dözərdin də onsuz da ömrün axırıdır, az qalıb”.

Kəramətin bu sözlərinə Xalq artsiti Facebook hesabı üzərindən cavab verib:

"Dediyim fikri sərsəm qavradınsa, bəlkə yazdığımı başdan təkrar bir də oxuyasan! Sənin sözünlə desək, mən "bu yaşıma kimi dözdüm”. Sən məhz ayıq başınla neçə yaşına kimi dözə bildin!? Balasını itirməkdən qorxan ana, balası üçün vicdanı çərçivəsində hər cür yola gedər. Balalarını düşünməyən, ailəsini qorumayan "kişi" vətəni üçün kimdir?! Yetim balamdan keçib bu millət üçün varlığımı üyüdmədim ki, kimsə yuxu görüb yuxusunu başının böyüklüyünə görə yozsun. Mən 1992-ci ildə hərbi xəstəxanada komadakı yaralının altını yuyub təmizləyəndə, sən məni acıladığın dilimizə və bu günkü kimliyinə yiyələnirdin. Hələ ki nə ağlım, nə yaddaşım, nə də təxminlərim məni yanıltmayıb. Sənə şərh yazanlar yüz yox yüz min ola, milyonunuzun iqtidarı mənim müxalif düşüncəmi əksinə çevirə bilməz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO