“Bəzi kütləvi informasiya vasitələri etik normaları pozur” - Baş Prokurorluqdan SƏRT AÇIQLAMA

“Bəzi kütləvi informasiya vasitələri etik normaları pozur” - Baş Prokurorluqdan SƏRT AÇIQLAMA

Hazırda oxunan: “Bəzi kütləvi informasiya vasitələri etik normaları pozur” - Baş Prokurorluqdan SƏRT AÇIQLAMA

30388

Bəzi kütləvi informasiya vasitələrində Fərəcov Pərvin Zakir oğlunun guya prokurorluq orqanlarında yeni vəzifəyə təyin olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc olunub.

Bizim.Media xəbər verir ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.
 

Bununla bağlı bildiririk ki, Pərvin Fərəcov 9 iyul 2020-ci il tarixdə Baş prokurorun əmri ilə Bakı şəhər Nizami rayon prokurorunun müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət şöbəsinin böyük prokuror-metodisti vəzifəsinə təyin edilməklə, artıq 1 il müddətdən artıqdır ki, həmin vəzifədə çalışır.


Təəssüflə qeyd edilməlidir ki, qeyri-rəsmi mənbələrə istinad etməklə və real faktlara söykənmədən sensasiya naminə yazılmış məlumatların düzgünlüyünün Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi dəfələrlə xahiş olunsa da, bəzi kütləvi informasiya vasitələri tərəfindən etik və qanunvericilik normalarının pozulması hallarına yol verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO