Parlament sədrləri Füzulidə aparılan tikinti işləri ilə tanış oldular

Parlament sədrləri Füzulidə aparılan tikinti işləri ilə tanış oldular

Hazırda oxunan: Parlament sədrləri Füzulidə aparılan tikinti işləri ilə tanış oldular

30384

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Füzuli şəhərində olublar.

Bizim.Media xəbər verir ki, nümayəndə heyətlərinin üzvlərinə Füzuli rayonunda erməni vandallarının törətdiyi dağıntılar, həmçinin dövlətimiz tərəfindən aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Parlament sədrləri Şuşadan Füzuliyə yola düşdülər


Qonaqlar erməni vandalları tərəfindən dağıdılan Füzuli Mədəniyyət Evi-Dram Teatrının, Arxiv İdarəsinin binalarına baxış keçirdikdən sonra Füzuli Beynəlxalq Hava Limanı, həmçinin “Füzuli” yarımstansiyası ilə tanış olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO