Dərslər sentyabrın 1-dən BAŞLANACAQ? – RƏSMİ CAVAB

Dərslər sentyabrın 1-dən BAŞLANACAQ? – RƏSMİ CAVAB

Hazırda oxunan: Dərslər sentyabrın 1-dən BAŞLANACAQ? – RƏSMİ CAVAB

30101

Yeni tədris ilinin başlanmasına az bir müddət qalıb. Dərslərin hansı formada keçirilib-keçirilməyəcəyi ilə bağlı hələki rəsmi qərar verilməyib. Amma Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmilərinin son brifinqindəki açıqlamalarının təhlili onu göstərir ki, həm ali, həm də orta məktəblərdə dərslər qismən ənənəvi qaydada təşkil olunacaq. Bir şərtlə ki, ənənəvi təhsilə qayıdış üçün vaksinasiya mütləqdir.

Əlbəttə ki, orta məktəb və ali təhsil müəssisələrində tədrisin bərpası yoluxma sayından asılı olacaq.

Dünyanın bir çox ölkəsinin təcrübəsi də onu deyir ki, ənənəvi təhsilə qayıdış üçün əsas şərt vaksindir. Bir çox ölkənin qaydasına görə, COVID pasportu olmayanlar sinif və auditoriyalara buraxılmır. 

Artıq Azərbaycanda da bu praktikanın tətbiqinə qərar verilib. Amma yeni tədris ilinə başlanılması üçün Azərbaycandakı ali təhsil müəssisələrində hər hansı ciddi hazırlıqların olduğu müşahidə edilmir və bununla bağlı ictimaiyyətə də məlumat verilmir.

Digər iddialara görə pandemiya ilə əlaqədar ötən tədris müddəti yetərli və qənaətbəxş olmadığı üçün bu il dərslər sentyabrın 1-dən başlayacaq.

Dərslərin həftədə 3 gün - qarışıq, yəni hibrid formada keçiriləcəyi bildirilir. Başqa iddialara görə sentyabrın 1-nə qədər vaksinasiya prosesi sürətli həyata keçərsə, dərslər həftədə 5 gün ənənəvi qaydada davam edəcək.   

İstənilən halda hazırda bütün tələbələri və valideynləri düşündürən yeni tədris ilinin necə başlanlması ilə bağlıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Təhsil Nazirliyi imtahan suallarının çətin olduğunu təsdiqlədi


Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Bizim.Media-ya açıqlamasında dərslərin nə vaxt açılacağı və hansı formada keçiriləcəyi ilə bağlı qərarın olmadığını bildirib:

“Bu barədə indi heç kim heç nə deyə bilməz. Çünki bu daha çox ona hesablanıb ki, ənənəvi təhsilə və ənənəvi məktəbə gedək. Operativ Qərargahın da dünənki brifinqindən bu nüansları izlədiz. Təhsil müəssisələrində karantin davranışlarına, xüsusilə vaksinasiya prosesinə  əməl olunsun ki, biz ənənəvi qaydada tədrisi bərpa edək. Əsas məqsəd budur. Amma tədrisin nə vaxt və necə başlaması ilə bağlı indidən fikir söyləmək doğru olmaz. Bununla bağlı daha səlahiyyətli qurumlar öz rəylərini açıqlayacaqlar. Çox güman ki, yekdil qərar növbəti ayın sonunda veriləcək. Çünki COVID pasportu ona xidmət edir. Hər halda dünyanın heç bir ölkəsində əvvəlcədən nəyisə proqnozlaşdırmaq mümkün deyil”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO