Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanı olacaq

Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanı olacaq

Hazırda oxunan: Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanı olacaq

30043

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 11 şəhər və rayonda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. 

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib. Bildirilib ki, iyulun 27-də keçiriləcək imtahanda 19 min 184 abituriyentin iştirakı nəzərdə tutulur. 

DİM abituriyentlərin nəzərinə çatdırır ki, imtahanlar saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO