Şahmar Mövsümov - “Peyvənd pasportu ASAN Xidmət proqramı ilə yoxlanacaq” - VİDEO

Şahmar Mövsümov - “Peyvənd pasportu ASAN Xidmət proqramı ilə yoxlanacaq” - VİDEO

Hazırda oxunan: Şahmar Mövsümov - “Peyvənd pasportu ASAN Xidmət proqramı ilə yoxlanacaq” - VİDEO

29994

“COVID pasportu olmayan şəxslərin ictimai iaşə obyektlərinə, iri ticarət mərkəzlərinə və mehmanxanalara girişi məhdudlaşdırılacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə bunun operativ təmin edilməsi məqsədilə ASAN xidmət tərəfindən smartfonlar üçün xüsusi bir tətbiq hazırlanıb:

“Həmin proqram təminatı istənilən smartfonda istifadə oluna bilər və obyektlərdə sözügedən proqram təminatçısı ilə çevik formada COVID pasport olan insanların pasportu yoxlanılacaq. Bu proqram təminatı barədə də Asan Xidmət tərəfindən mətbuat konfransı keçiriləcək və ətraflı məlumat veriləcək”.

Alçina Amilqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO