DİM-in imtahan nəticələri işlə təminata əsas vermir – Dövlət qulluğuna düşmək üçün NƏ ETMƏLİ? 

DİM-in imtahan nəticələri işlə təminata əsas vermir – Dövlət qulluğuna düşmək üçün NƏ ETMƏLİ? 

Hazırda oxunan: DİM-in imtahan nəticələri işlə təminata əsas vermir – Dövlət qulluğuna düşmək üçün NƏ ETMƏLİ? 

29929

Zamanla dəyişən təhsil sistemi, özü ilə digər sahələrədə yenilik gətirməyə başladı. Bu islahatlar dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərə də şamil olundu. Bir neçə il bundan əvvəl dövlət quluğuna qəbul olanlar üçün xüsusi imtahanlara start verildi. 

Lakin dövlət imtahanından keçmələrinə baxmayaraq yüzlərlə gəncin ehtiyat fondunda gözləmə mövqeyində qalması günümüzün reallığıdır. DİM-in imtahan nəticələrindən asılı olmayaraq, işəgötürən qurumların müsahibə etapından keçmək mümkün olmur.

Bəs, dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçən şəxslər işlə necə təmin olunmalıdır, bu sistem necə işləməlidir?
 

MÖVZU İLƏ BAĞLI:

Bu şəxslər dövlət qulluğuna sınaq olmadan qəbul ediləcək


Təhsil eksperti Nadir İsrafilov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu gün Ali Məktəblərə qəbul təlabat üzrə həyata keçirilmir.

Onun sözlərinə görə, məhz bu səbəbdən bir çox gənclər işsiz qalır.

“Hamı gömrükçü, vergi işçisi, hüquqşünas olmaq istəyir. Tələb təklifdən çox aşağıdır. Əvvəl sovetlər zamanında Ali Məktəblər təlabət üzrə qəbul proqramı həyata keçirirdi. Yəni vakansiyalar hesablanırdı və buna uyğun fakultələrdə yerlər ayrılırdı. Ona görə, institut məzunları işsizlik problemi qalmırdı. Hazırda isə qəbul təlabatdan 3-4 dəfə artıq olur. Təyinat sistemi olmadığı üçün də işsizlik problemi yaşanır”.

Ekspert gənclərin ehtiyat fondunda gözləmə mövqeyində qalmasına səbəb kimi imtahanların tələbata uyğun keçirilməməsini göstərib. 

“Əvvəllərdə  ehtiyat fondu deyilən bir sistem vardı. Məsələn məktəb direktoru vəzifəsinə, bir nəfəri rezerv kimi götürülürdü ki, sabah lazım gələndə direktoru əvəz edə bilsin”.

Nadir İsrafilov rüşvət və tanışlıqla işə qəbul haqqında yayılan fikirlərdən də söz açıb. O, bildirib ki, hazırda bütün imtahanların nəticələri elektron sistemdə qeyd olunur.

“Düzdür, istisnalar ola bilər. Bəlkə də kimsə tanışqlıla işə qəbul olunur. Ancaq hazırda bütün sistem elektronlaşıb və inanmıram ki, bura kimsə müdaxilə edə bilsin. Kim nə qədər bal toplayırsa orada elektron sistemdə həmin şəxsin ad qarşısında yazılır”.

Ona görə də ekspert hazırda işsizliyə səbəb kimi kadr bolluğunu göstərib.

“Məsələn bir zamanlar Ali Məktəblər üçün xüsusi yaş həddi var idi. İndi isə ömürlük təhsil sistemidir. İstənilən şəxs yaş həddini nəzərə almadan istənilən ixtisasa sənəd təqdim edə bilər. Daha sonra sistemə görə bir insan  2-3 təhsilə ala bilər.  Bu da müəyyən tələb pozulması nəticəsində kadr artıqlığına səbəb olub. Dövlət qulluğu anlayışı, prestiji aradan qaldırılmalıdır, insanlar asan təminatdan uzaqlaşmalı, həyatı qazanmağı öyrənməlidirlər. Ona görə də təhsil alan gənclər də dövrün tələbinə uyğun olaraq daha çox zəruri olan sahələri seçməyi bacarmalıdır. Yeni sahələr yaranıb, elmi-texniki inkişafla bağlı yeni ixtisaslar meydana gəlib, çalışmaq laızımdır ki, bu məsələyə diqqət yetirilsin. Yoxsa, hamı hüquqşünas, iqtisadçı olmaq istəyir. Bizdə sənaye mühəndisliyi kimi çox vacib olan bir sahə boş qalıb, müasir texnoloji inkişafa uyğunlaşdırılmayıb”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO