Saray qəsəbəsində 3 avtomobil toqquşdu - xəsarət alanlar var - FOTO

Saray qəsəbəsində 3 avtomobil toqquşdu - xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Saray qəsəbəsində 3 avtomobil toqquşdu - xəsarət alanlar var - FOTO

29866

Abşeronda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 10-SH-264 dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə 10-TP-924 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil toqquşub, sonuncu maşın da 90-BG-386 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomaşına dəyib.

Qəza nəticəsində "Opel" markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya aparılıb.

Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO