QARABAĞIN SİMVOLU - Qarabağda daha bir neçə atçılıq zavodu tikiləcək

QARABAĞIN SİMVOLU - Qarabağda daha bir neçə atçılıq zavodu tikiləcək

Hazırda oxunan: QARABAĞIN SİMVOLU - Qarabağda daha bir neçə atçılıq zavodu tikiləcək

29772

Vaxtilə onlar da torpaqlarımızla bərabər düşmən əlinə keçəcəkdi. İşini, vətənini sevən peşəkar insanlar olmasa idi...

Söhbət dünyaca məşhur Qarabağ atlarından gedir. Düşmən əlinə keçməkdən xilas olan atların da taleyinə didərgin həyatı yaşamaq düşdü.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan nəyi xilas etmək istəyir? – Fokuslandığımız MƏQAM - TƏHLİL


Qeyd edək ki, Qarabağ atları görkəmi, qaçış sürəti ilə seçilir və ən yaxşı cinslərdən biri hesab olunur. Təsadüfü deyil ki, Sumqanda ləqəbli at 1600 metrlik məsafəni 1 dəqiqə 54 saniyəyə, 2400 metr məsafəni isə 2 dəqiqə 52 saniyəyə qaçmaqla rekord göstəriciyə yaxın nəticə əldə edib. Qarabağ atları dözümlülüyü ilə də seçilir. 

Atlar XVII-XVIII əsrlərdə Qarabağ xanlığı dövründə təkmilləşdirilib. Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın tövlələrdə damazlıq işləri aparılaraq cinsin nümunələri yetişdirilib. Həmin dövrlərdə at bağışlamaq ən yaxşı hədiyyə hesab olunub.

Bu cinsdən olan atların növbəti inkişafı 1949-cu ildə Ağdam rayonun Eyvazxanbəyli kəndində yaradılan Ağdam Atçılıq Zavodunda başlanıb.  Ağdam, Şuşa, Xocavənd, Bərdə, Yevlax, Tovuz rayonlarından cinsin əlamətlərini özündə saхlayan 60 baş Qarabağ atı - 59 baş madyan və 1 baş ayğır seçilərək zavodda saxlanmağa başlanıb.

Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Qarabağ atlarının taleyinə Bakıda, Ağcabədidə və digər yerlərdə, yaşıl yaylaqlarından, öyrəşdikləri iqlimdən ayrı yaşamaq düşüb. 

Qarabağ atlarının Avropada məşhurluq dövrü isə ötən əsrin 50-ci illərindən başlanıb. 1956-cı ildə “Zaman“ ləqəbli Qarabağ atı bağışlanan Böyük Britaniyanln kraliçası II Elizabet onları yenidən görmək üçün Azərbaycana dəvət göndərib.  2016, 2018, 2019-cu illərdə isə Böyük Britaniyanın kraliyyət tədbirlərinə Azərbaycan Atçılıq Federasiya da qatılıb.  

Qeyd edək ki, 1994-cü ildən Ağdam Atçılıq Zavodu Ağcabədi rayonunun Xamtorpaq ərazisində fəaliyyət göstərir.

Uzun müddət Zavodun direktoru vəzifəsində çalışan, hazırda zavodda müşavir olan, əməkdar kənd təssərrüfartı zootexniki, Prezidentin fərdi təqaüdçü Maarif Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda zavodda 283 baş Qarabağ atı var, onun 53 ana madyan, 5 baş törədici ayrım, qalanlar cavan atlardır.

Torpaqlarımız işğaldan azad edildikdən sonra onların doğma evlərinə - Ağdamın Eyvazxanbəyli kəndinə köçürüləcəyi nəzərdə tutulur: 

“Burada yeni zavod açılacaq, Qarabağ atları orda məskunlaşacaq, yenə də çiçəkli yaylağa gedəcək. Qarabağ atı ancaq Qarabağ bölgəsində inkişaf edib, çoxala, genetik xüsusiyyətlərini yaxşılaşdıra bilər”.

Maarif Hüseynov deyib ki, ümumiyyətlə Azərbaycanda 2000 – dən çox Qarabağ atı var: 

“Qarabağ at cinisi dünyanın hər yerinə Ağdam Atçılıq Zavodundan yayılıb. Fərdi təssərrüfatlarda da Qarabağ atları saxlanılır, onlar da zavoddan alınıb. Qarabağ at cinsinin üstün xüsusiyyətləri çox olduğu üçün onlara maraq böyükdür. Onları yarış, çoxaltmaq məqsədilə alıb aparırlar. Atlar müxtəlif yarışlarda qalib gəlib”.

Mütəxəssisin sözlərinə görə, Ağdam Atçılıq zavodu öz yurduna – Eyvazxanbəyli kəndinə qayıtdığı zaman başqa məkanlarda olan atlardqan da bura gətirilərək zavoda sayın artırılması planlaşdırılır: 

“Ağdam Atçılıq Zavodunun Eyvazxanbəyli kəndində 2300 hektar torpaq sahəsi var. Vaxtilə orda fəaliyyət göstərdiyimiz zaman, hər il 20 baş at Moskvadakı atçılıq bazarına çıxarılırdı, orda satılırdı və SSRİ-yə, Azərbaycana, o cümlədən də bizim zavoda gəlir gətirirdi”.

Maarif Hüseynov torpaqlarımız işğal edilən zaman Qarabağ atlarının xilas edilməsindən danışıb:

“Mən, ermənilərin Qarabağ atlarını özününküləşdirməsinə imkan verməmişəm. Öz var-dövlətimi orda qoyaraq, Qarabağ atlarını gətirmişəm. 1993-cü ilin iyun ayının 23-dən (Ağdamın işğal günü) qabaq ayın 20-də onları ermənilərin əlindən qaçırıb, Ağdamın Üçoğlan kəndində boş quşçuluq fermasında 3 gün saxlamışam. Sonra isə öz vəsaitimlə böyük yük maşınları ilə Bakı Dövlət Cıdır meydanına gətirmişəm. Sonra Atçılıq Federassiyanın direktoru ilə birlkdə gedib, uluöndərmiz Heydər Əliyevlə görüşüb, bu haqda ona məlumat vermişəm. Heydər Əliyev Atçılıq Federasiyanın sədri İsa Nəcəfova tapşırıb ki, mənimlə birlikdə Qarabağ atlarının qorunmasına, genetik xüsusiyyətlərinin itməməsinə çalışsın. O, həm Respublika Prokurorunun müavini, həm də Atçılıq Federasiyanın sədri idi. İsa Nəcəfov da mənə çox kömək edib”.

Xatirə Nəsirli, Bizim.Media

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO