Bu il Azərbaycanda neçə əkiz, neçə üçəm doğulub? – SAYI BƏLLİ OLDU

Bu il Azərbaycanda neçə əkiz, neçə üçəm doğulub? – SAYI BƏLLİ OLDU

Hazırda oxunan: Bu il Azərbaycanda neçə əkiz, neçə üçəm doğulub? – SAYI BƏLLİ OLDU

29643

Azərbaycan əhalisinin sayı 10.135.272 nəfərə çatıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhali sayı ilin əvvəlindən 16139 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il iyun ayının 1-i vəziyyətinə görə 10135272 nəfərə çatıb. 

Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 47156 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (11,4) qalıb. 

Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 1180-i əkiz, 30-u isə üçəm olub.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO