Bərdədə ŞOK HADİSƏ - Ana 18 yaşlı qızını tualetə zəncirlədi - RƏSMİ     

Bərdədə ŞOK HADİSƏ - Ana 18 yaşlı qızını tualetə zəncirlədi - RƏSMİ     

Hazırda oxunan: Bərdədə ŞOK HADİSƏ - Ana 18 yaşlı qızını tualetə zəncirlədi - RƏSMİ     

29640

Bərdə rayonunda 18 yaşlı qız anası və onun tanışı tərəfindən fiziki zorakılığa məruz qalıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya bildirilib ki, Bərdə rayonunda yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Ə.Y.-nın fiziki zorakılığa və istismara məruz qalması barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub:

“Məlumatla əlaqədar RPŞ-nin istintaq-əməliyyat qrupu hadisə yerində olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Ə.Y.-nın anası Şəlalə İsmayılova və onun tanışı Ruslan Rzayevlə birgə yaşadığı evdə yetkinlik yaşına çatmayan qızı tərbiyələndirmək məqsədi ilə sanitar qovşaqda ayağını zəncirlə dəmir boruya bağlayıblar”.

DİN-dən qeyd edilib ki, faktla bağlı adı çəkilən şəxslər RPŞ-yə gətirilib, onların izahatları alınıb, müvafiq ekspertiza təyin olunub: 

“Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO