Nəcməddin Sadıkovun yerinə Kərim Vəliyev GƏTİRİLDİ - ÖZƏL

Nəcməddin Sadıkovun yerinə Kərim Vəliyev GƏTİRİLDİ - ÖZƏL

Hazırda oxunan: Nəcməddin Sadıkovun yerinə Kərim Vəliyev GƏTİRİLDİ - ÖZƏL

29609

Uzun zamandır gözdən itən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bağlı sosial şəbəkələrdə bəzi söz-söhbətlər yayılmaqdadır. Gah onun öldüyü, gah da vəzifəsindən kənarlaşdırıldığı haqda xəbərlər yayılır. Bu gün isə Nəcməddin Sadıqov yerli mətbuata açıqlama verərək vəziyyətinin normal olduğunu açıqlayıb. Amma işinin başında olub-olmadığı barədə heç nə deməyib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə Nəcməddin Sadıkovun yerinə Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və nazir müavini Kərim Vəliyev təyin olunub. 

Bizim.Media məsələ ilə bağlı Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazovla əlaqə yaratsa da, o, məlumatı nə təsdiq, nə də təkzib edib. 

Xatırladaq ki, Kərim Tofiq oğlu Vəliyev 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub.

1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı və 25.06.2012-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub. Ailəlidir, iki övladı var.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO