Abşeronda “Chevrolet”in vurduğu piyada xəstəxanada öldü

Abşeronda “Chevrolet”in vurduğu piyada xəstəxanada öldü

Hazırda oxunan: Abşeronda “Chevrolet”in vurduğu piyada xəstəxanada öldü

29476

Abşeron rayonunun Güzdək kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, iyulun 21-də saat 22 radələrində Abşeron rayonunun Güzdək kəndi ərazisində Naxçıvan şəhər sakini N.Həsənov idarə eydiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Quba rayon sakini Şəlalə Orucovanı vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO