Şabran rayonunda qanunsuz toy keçirən restoran sahibinin işi məhkəməyə göndərilib.
Bizim.Media xəbər verir ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Yaşıl tac” şadlıq sarayında karantin rejim qaydalarının pozulması aşkarlanıb. Restoranda 190 nəfərin iştirakı ilə toy şənliyinin keçirilməsi müəyyən edilib.
Obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, o, karantin qaydalarını məhəl qoymayıb.
Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan şadlıq evində qanunvericiliyin tələblərinə müvafiq olaraq obyektin sahibi Bəybala Allahyarov barəsində inzibati protokol tərtib edib və baxılması üçün Məhkəməyə göndərilib.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:39 / 22.07.2021
Karantin qaydalarını pozan restoran sahibi cərimələndi - FOTO
Hazırda oxunan: Karantin qaydalarını pozan restoran sahibi cərimələndi - FOTO
Hazırda oxunan: Karantin qaydalarını pozan restoran sahibi cərimələndi - FOTO
0:00
0:00
29428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.