Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hüquq müdafiəçisi Oqtay Gülaliyevin ailəsinin müraciəti əsasında onun sağlamlıq vəziyyəti ilə maraqlanıb, bədən temperaturunun yüksək olması nəzərə alınaraq xəstəxanaya köçürülməsi üçün noyabrın 16-da COVID-19 testi götürülüb.
Bizim.Media xəbər verir ki, testin nəticəsinə görə, Oqtay Gülalıyevdə COVID-19 virusu aşkar edilib.
Məlumata görə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti Oqtay Gülalıyevin xüsusi rejimli xəstəxanaya yerləşdirilməsini uyğun bilsə də, ailəsi bundan imtina edib və müalicənin ev şəraitində davam etdirilməsini istəyib.
"Noyabrın 17-də axşam saatlarında ailəsi Oqtay Gülalıyevin COVID-19 simptomlarının artdığını bildirərək onun xəstəxanaya yerləşdirilməsini xahiş edib.
Hazırda Oqtay Gülalıyev xüsusi rejimli xəstəxanaya- "Yeni Klinika" tibb müəssisəsinə yerləşdirilib",- deyə TƏBİB-dən bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:27 / 18.11.2020
Oqtay Gülalıyev koronavurisa yoluxub
Hazırda oxunan: Oqtay Gülalıyev koronavurisa yoluxub
Hazırda oxunan: Oqtay Gülalıyev koronavurisa yoluxub
2926
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.