AZAL Bakı-Naxçıvan-Bakı uçuşlarını bərpa edir

AZAL Bakı-Naxçıvan-Bakı uçuşlarını bərpa edir

Hazırda oxunan: AZAL Bakı-Naxçıvan-Bakı uçuşlarını bərpa edir

2909

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir.

Bizim.Media xəbər verir ki, bu barədə AZAL-dan bildirilib

Reyslər hər gün həyata keçiriləcək: Bakıdan uçuş - saat 13:00, Naxçıvandan uçuş - saat 16:10.

Hava gəmisinə COVID-19 testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.

Pandemiya dövründə reyslərin sayının məhdud olduğunu və yüksək tələbatı nəzərə alaraq, qeyd edilən istiqamətdə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir.

Növbəyə qeydiyyat iki üsulla həyata keçirilir - əks əlaqə forması üzrə və ya WhatsApp mesenceri vasitəsilə.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO