Lənkəranda əvvəllər məhkum edilmiş 2 qardaş yenə cinayət törətdi 

Lənkəranda əvvəllər məhkum edilmiş 2 qardaş yenə cinayət törətdi 

Hazırda oxunan: Lənkəranda əvvəllər məhkum edilmiş 2 qardaş yenə cinayət törətdi 

29082

Lənkəranda oğurluq edən qardaşlar saxlanılıb, üzərilərindən narkotik vasitə aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Y. Babayevə məxsus rayonunun Xarxatan kəndində yerləşən yaşayış evindən 4 890 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Lənkəran rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş C. Hüseynov və qardaşı R. Hüseynov olduqları müəyyən edilib. Saxlanılarkən hər birinin üzərindən iki bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Oğurladıqları əşyaların bir qismi isə onların saxladıqları yerdən aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO