Külli miqdarda mənimsəmədə ittiham edilən XİN-nin vəzifəli şəxslərinin məhkəməsi başlayır

Külli miqdarda mənimsəmədə ittiham edilən XİN-nin vəzifəli şəxslərinin məhkəməsi başlayır

Hazırda oxunan: Külli miqdarda mənimsəmədə ittiham edilən XİN-nin vəzifəli şəxslərinin məhkəməsi başlayır

0:00
0:00
29058

Xarici İşlər Nazirliyinin (XİN)İşlər idarəsinin sabiq müdiri Fərhad Molla-zadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. İş üzrə zərərçəkən şəxs qismində Xarici İşlər Nazirliyi tanınıb. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 179.4(xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Lakin bir müddət sonra məhkəmə onları ev dustaqlığına buraxıb. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO